İmam Həsən Əsgərinin (ə) şəhadəti
İmam Həsən Əsgəri hicri-qəməri təqvimi ilə 260-cı ildə rəbiul-əvvəl ayının 8-də şəhadətə çatıb. Şəhadətə çatan zaman onun 28 yaşı olub. Atası 10-cu imamımız İmam Əliyyən Nəqi (ə) olub. Bununla da İslamda Zəmanə Sahibi 12-ci İmam Həzrət Məhdinin (ə.f) imamət dövrü başlayır. Bu münasibətlə başda İmam Zaman (ə.f) ağa olmaqla, bütün müsəlmanlara başsağlığı veririk. On birinci imam Həzrəti Həsən Əsgəri (ə) şəhadətə çatmışdır (hicri 232 - miladi 846). O, 10-cu imam Həzrəti Əli Hadinin (ə) oğlu idi. Atasının şəhadətindən sonra, 22 yaşında ikən imamət vəzifəsini öhdəyə almış, 6 ildən sonra xəlifə Mötəmidin əmri ilə zəhərlədilərək şəhadətə çatmışdır.O, zalım Abbasi üsul- idarəsi tərəfindən xilafətin paytaxtı Samirra şəhərinə sürgün edilib nəzarət altında saxlanılırdı. Samirrada hərbi qarnizonun yerləşdiyi Əsgər məhəlləsində məskunlaşdığı üçün, Əsgəri ləqəbi ilə tanınırdı. 12-ci imam Həzrəti Mehdinin (ə) atasıdır.
İmam Həsən Əsgərinin (ə) hədisləri
İmam Həsən Əskəri (ə) buyurur: “Ehtiyatın bir həddi vardır ki, onu aşdıqda qorxaqlığa çevrilər.”
İmam Həsən Əskəri (ə) buyurur: “Müsibət görmüş adamın yanında şadlanmaq ədəbdən deyildir.”
İmam Həsən Əskəri (ə) buyurur: “Şöhrət və rəyasət istəməkdən çəkin. Çünki bu ikisi insanı məhvə sürükləyir.”
İmam Həsən Əskəri (ə) buyurur: “Dostlarının ən yaxşısı o kəsdir ki, sənin günahlarını unudub, yaxşılıqlarını yadda saxlasın.”
İmam Həsən Əskəri (ə) buyurur: “Dostunu aşkar surətdə nəsihət edən kəs onu xəcil (xəcalətli) etmişdir.”
İmam Həsən Əskəri (ə) buyurur: “Dostunu xəlvətdə nəsihət edən şəxs onu zinətləndirmişdir.”