Ən üstün və dəyərli məscid Məscidül-həramdır. Kəbə isə Allah hərəmi və bütün məscidlərin qibləsidir. Həzrət İbrahimin (ə) xanımı Hacər Kəbənin yanında torpağa tapşırılıb və Allah-Taala da müsəlmanlara əmr edib ki, Hacərin qəbrinin ətrafında dolansınlar. Amma həzrət Fatimənin (s.ə) məqam və dərəcəsi hətta şərəf evində yatan Hacərdən belə üstündür. Çünki o dörd behişt qadınlarından biridir. Həmin dörd qadınlar isə bunlardır: Məryəm, Asiya, Xədicə, Fatimə. Bundan əlavə əhli-beytin iftixarlarının varisi, Adəmdən (ə) başlayaraq İbrahimə (ə) çatan, İsa və Musanı (ə) da ehtiva edib Məhəmməddə (s) tamamlanan bir nəslin davamçısıdır Həzrət Fatimə (s.ə).
Atasının ölüm yatağı yanında
Peyğəmbər (s) xəstələnmişdi, başı həzrət Əlinin (ə) sinəsi üstündə idi, əli ilə onun əlindən tutmuşdu. Fatimə (s.ə) də Peyğəmbərin (s) yatağının yanında oturub ağlayırdı. Atası gözlərini açıb həzrət Fatiməni (s.ə) ağlayan gördükdə ona belə buyurdu: "qızım, mənə Quran oxu". Fatimə (s.ə) də Qurandan bir neçə ayə oxudu. Əslində peyğəmbər (s) həyatının son anlarında qızının səsini eşitmək istəyirdi. Peyğəmbər (s) dünyadan köçərkən evini qəm və matəm bürümüşdü. Atasının vəfatından kədərlənən Fatimənin (s.ə) bədəninə sanki ağır bir zərbə endirilmişdi. Hələ bir neçə saat keçməmişdi ki, o, daha bir zərbə aldı: ərinə qarşı törədilən cinayət, Həzrət Fatimeyi Zəhra (s.ə) əvvəlki kimi yenə də fədakarlıqla ərinin qəsb olunmuş haqqını müdafiə edirdi. Belə ki, hətta bir gün Bəni haşim və ənsardan olan qadınlarla birgə atasının məscidinə gəlib xəlifənin hüzurunda fövqəladə, təsiredici bir xütbə oxuyaraq sözlərini açıq-aşkar bəyan etməsi oradakıların hamısını ağlatmışdı. Amma onlardan qayğı görmımişdi.